Alacağı bağışlamaq
Sual: Bir kasıbdan alacağım var, ödəyə bilmir. Borcumu almasam sədəqə yerinə keçərmi? Bağışlamağın dindəki yeri nədir?
CAVAB
Borclu kasıbdırsa hədiyyəniz sədəqə olar. Alacağı bağışlamaq çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Heç bir himayənin olmadığı qiyamət günündə Allahu təalanın himayəsinə girmək istəyən alacağını bağışlasın!”  [Tabərani]
“Alacağını bağışlayan qiyamət günü Allahu təalanın himayəsindədir.” [Bəğavi]
“Qiyamətdə Allahu təalanın himayə edəcəyi insanların ilki, əlinə keçənə qədər kasıbdakı alacağını təxirə salan və ya Allah rizası üçün alacağını bağışlayan və sənədini cırıb atandır.” [Tabərani]
“Verən əl, alan əldən üstündür.”  [İbni Huzeymə]