A
Abdi - Qul olan, kölə olan.
Abdiyyə - Qul olan, kölə olan.
Abdullah -Allahın qulu.
Abid - Qulluq edən, ibadət edən.
Abidə - Allahü təalaya ibadət edən, qulluq edən, zahid, kölə.
Abidin - İbadət edənlər qulluq edənlər.
Adəm - İlk insan və ilk peyğəmbər.
Adil - Ədalətli, doğru, doğruluqdan, haqqdan ayrılmayan.
Adilə - Ədalətli, ədalət sahibi, doğru, doğruluq göstərən, haqpərəst.
Adnan - Üstün insan.
Adniyə - Saleh, Cənnətlik.
Afət - İnsanların qarşısını ala bilmədiyi böyük fəlakət.
Affan - Çirkin şeylərdən qaçan, iffətli, namuslu.
Afitab - Günəş işığı.
Agah - Bilikli, bəsirətli, xəbərdar, oyaq.
Ahi - Yoldaş, dost, səxavətli, igid.
Ahu - Ceyran, maral.
Aişə - Bolluq içində rahat yaşayan.
Akif - Bir şeydə səbat edən. Bir yerdə davamlı oturan, davamlı ibadətlə məşğul olan, dünya dərdlərindən uzaqaşıb Allaha yönələn.
Akifə -Bir şeydə səbat edən. Bir yerdə davamlı oturan, davamlı ibadətlə məşğul olan, dünya dərdlərindən uzaqaşıb Allaha yönələn.
Aqil -Ağıllı, oyaq, zəki. Rəşid, yetkin.
Aqilə -Ağıllı oyaq, zəki. Rəşid, yetkin.
Alim -Çox şey bilən.
Alimə -Çox şey bilən.
Aliyə -Üstün uca, yüksək, şərif və əziz, şan, şərəf sahibi məşhur.
Almaz - Çox qiymətli.
Alpaslan -Qorxusuz, igid, güclü, qüvvətli.
Alpər -Cəsur əsgər, igid əsgər.
Alpərən -Həm din adamı, həm komandir olan igid.
Altəmur -Dəmirin korlaşmış qırmızı vəziyyəti.
Amil -Bir işlə mükəlləf olan, agah olan,əməl edən.
Amilə -Bir işlə mükəlləf olan, agah olan,əməl edən.
Aminə -Qorxusuz.
Amir -Təmir edən.
Arif -Elm və irfan əhli, əmir, komandir.
Arifə -Elm və irfan əhli, əmir, komandir.
Arzu -İstək, həsrət. İstənilən bəyənilən qadın.
Asim -Özünü hər cür pisliklərdən qoruyan, təmiz, namuslu.
Asimə -Özünü hər cür pisliklərdən qoruyan, təmiz, namuslu.
Asiyə -Dirək, acılı qadın.
Aşqın -Aşmış, irəli, üstün, seçkin.
Asuman -Göy, göy qübbəsi, səma.
Ata -Baba, dədə, yaşlı, tərcübəli, bilikli.
Atalay -Tanınmış, məşhur.
Ataullah -Allahın hədiyyəsi, ehsanı, lütfü.
Avni - Yardım edən, köməkçi.
Avniyə - Yardım edən, köməkçi.
Ayfər - Ay işığı.
Ayxan - Qanı parlaq və canlı.
Ayqut - Hədiyyə, mükafat, ödül.
Ayla - Qadın, həyat yoldaşı, xanım.
Aylin - Ayın çevrəsində görülən işıqlı dairə, halqa.
Ayni - Önəmli bir insanın bəyəndiyi qadın..
Ayniyə - Önəmli bir insanın bəyəndiyi qadın..(gözdə)
Aynur - Ay kimi parlaq.
Aypəri - Pəri kimi gözəl.
Ayşəgül - Güləc, gül kimi rəngli, canlı və rahat ömür sürən.
Ayşən - Şən, parlaq, sevimli.
Aytəkin - Ay kimi tək ve yeganə olan, çox dəyərli.
Aytən - Ay kimi parlaq rəngli.
Azra - Bakirə.