C
Cabir - Cəbr edən, zorlayan, qalib gələn.
Cəfər - Çay,dərə, kiçik bulaq.
Cahid - Cəhd edən, dini yaymaq üçün cihad edən.
Cahidə - Cəhd edən, dini yaymaq üçün cihad edən.
Can - Ruh, əziz, sevgili. könül.
Canan - Sevgili, dilbər, könül verilən. Təsəvvüfdə Allah.
Candar - Silahlı əsgər.
Canər - Can dostu.
Cangül - Ürək açan.
Canib - Yan, tərəf, yön.
Carullah - Allaha yaxın olan, Allah dostu.
Cavid - Sonsuz, ölümsüz.
Cavidan - Sonsuz, ölümsüz, əbədi.
Cavidə - Sonsuz, ölümsüz.
Cabbar - Qəhredici, qalib.
Cəlal - Əzəmət, şərəf, kamal və ikram sahibi.
Cəlil - Böyük, əziz, mərtəbəsi yüksək.
Cəlilə - Böyük, əziz, mərtəbəsi yüksək.
Cəm - Hökmdar, şah
Camal - Üz gözəlliyi.
Cəmaləddin - Dinin gözəli, dinin camalı.
Cəmali - Üzü gözəl olan, gözəllik sahibi.
Cəmil - Gözəl, camal sahibi.
Cəmilə - Gözəl, camal sahibi.
Cənab - Böyük, şərəfli.
Çingiz - Sərt və kobud xasiyyətli, könlü yumşalmayan.
Cərrah - Əməliyyat edən, operator.
Cavad - Səxavətli.
Cəvat - Çox səxavətli, əliaçıq, çox ehsan edən.
Cövdət - Gözəl, qüsursuz, səxavətli, olğun.
Cövhər - Təbiətindən qiymətli,dəyərli.
Cövhərə - Yaradılışdan qiymətli,dəyərli.
Cövhəri - Cövhər sahibi.
Cevri - İncidən, küsdürən.
Cevriyə - İncidən, küsdürən.
Ceyda - Yararlı, hər kəsə yaxşılıq edən.
Ceyran - İncə bədənli, gözəl gözlü bir ceyran cinsi.
Cəzmi - Əzimli, qərarlı.
Cihad - Din uğrunda düşmənlə və nəfsi ilə savaşan.
Cahanfər - Cihanı aydınladan çox gözəl qadın.
Cahangir - Cahanın böyük bir hissəsini ələ keçirən.
Cahanşah - Dünyanın padşahı.
Cavan - Gənc, təzə, dəliqanlı.
Cübeyr - Kiçik qəhraman, kiçik igid.
Cümhur - Xalq cəmiyyəti.
Cüneyd - Kiçik əsgər, əsgərcik.