D
Dahi - Üstün zəkalı, son dərəcə zəki, anlayışlı.
Dayi - Dua edən, duaçı, haqq dinə çağıran.
Danə - Çox bilən, bilikli.
Daniş - Bilik, bilmək, anlamaq, elm.
Danişmənd - Bilikli, alim.
Davər - Bilikli, alim.
Davud - Həzrəti Süleymanın atasıdır. Səsi çox gözəl idi.
Dərviş - Allah üçün mütəvazi olan.
Dərya - Dəniz, çox bol, daha da çox
Dəstəgül - Gül dəstəsi, çiçək buketi.
Dəclə - Böyük bulaq. Iraqda dənizə tökülən bir çay.
Didar - Üz, çöhrə, surət, görüş, göz, görmə qabiliyyəti.
Dilarə - Könül alan, sevgili.
Dilavər - İgid, ürəkli, kişi.
Dilbər - Gözəl, sevgili, könül alan.
Dilbəstə - Könül bağlamış, aşiq.
Dildadə - Könül vermiş, düşgün, tutqun.
Dildar - Könlü hökm altında tutan sevgili.
Dilxan -Səmimiyyətlə, könüldən söyləyən.
Dilrübə - Könül bağlayan, hər kəsi özünə bağlayan.
Dilşad - Könlü sevincli, ürəyi şən.
Dilsəfa - Könlü fərah kədərsiz.
Dilşikar - Könül ovlayan, özünə bağlayan.
Doğan - Atılqan və igid.
Dülgər - Dülgər,maranqoz.
Dürdanə - İnci dənəsi, inci sərpən.